• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Kompüter vasitəsilə ən məşhur mumiyanın üzü yaradıldı

DÜNYA

25 Oktyabr 2023 | 16:49

Kompüter vasitəsilə ən məşhur mumiyanın üzü yaradıldı

15-ci əsrdə And dağlarının zirvəsində ritual üçün qurban verilən Perunun ən məşhur mumiyası Xuanitanın büstü kompüter köməyi ilə üzünün yaradılması sayəsində hazırlanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Peru və Polşa alimləri qrupunun isveçli arxeoloq, heykəltəraş Oscar Nilsson ilə birgə apardığı iş nəticəsində yaradılmış büst Santa Maria Katolik Universitetinin And ziyarətgahları muzeyində keçirilən mərasimdə nümayiş etdirilib

Silikondan hazırlanmış büst iriyanaqlı, qaragözlü və qaradərili gənc qadını təsvir edir. “İnka Buz Qızı” kimi tanınan Juanita adlı mumiyanı tapan amerikalı antropoloq Yohan Reynhard “Onun üzünün necə göründüyünü heç vaxt görə bilməyəcəyimi düşünürdüm” deyib.

Oscar Nilsson Juanitanın üzünün modelləşdirilməsinin, təxminən, 400 saat çəkdiyini bildirib. Varşava Universitetinin And Tədqiqatları Mərkəzinin polşalı bioarxeoloqu Daqmara Soça mərasimdə bildirib ki, Xuanitanın üzünü əldə etmək üçün ilk addım “kəllə sümüyünün nüsxəsini hazırlamaq olub”.

Antropoloji araşdırmalara görə, Juanita 1440-1450-ci illər arasında 13-15 yaşında olarkən qurban edilib. And dağlarında ritual üçün qurban kəsilərkən boyu 1,40, çəkisi 35 kiloqram olduğu müəyyən edilən Xuanitanın ölüm səbəbinin beyninin oksipital lob deyilən hissəsinə aldığı ağır zərbə olduğu müəyyən edilib.

Qeyd edək ki, amerikalı antropoloq Reynhard Xuanitanı 1995-ci ildə qarla örtülü Ampato vulkanında 6 min metr yüksəklikdə tapıb. Xatırladaq ki, Peru İnka İmperiyasından əvvəl və sonra çiçəklənən müxtəlif sivilizasiyalara aid yüzlərlə arxeoloji sahəyə ev sahibliyi edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR