Ümid Partiyası Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürüb.
Bu barədə Bakıvaxtı.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.
İ.Ağazadə hər əlavə və dəyişiklik barədə təklif etdikləri maddəni ayrıca müzakirə üçün təqdim edib:
“I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir. Azərbaycan Respublikası Azərbaycan türk dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
III. Hər bir Azərbaycan vətəndaşı dövlət dilini bilməlidir”.
Qeyd edək ki, qanunun mövcud variantı aşağıdakı kimidir:
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Nuranə Daxilqızı
















