• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

MN-də işçi qrupunun görüşü keçirildi

SİYASƏT

21 May 2022 | 14:15 | Müəllif: Subhan Mahmudov

MN-də işçi qrupunun görüşü keçirildi

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyasının icrası məqsədilə yaradılan "İşçi qrup"un görüşü keçirilib.

Bu barədə Bakıvaxtıaz-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin müxtəlif qoşun növü, müəssisə və təşkilatlarının məsul vəzifəli şəxsləri, eləcə də "İşçi qrup"un üzvləri nazirliyin Kommunikasiya Strategiyasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatların operativ çatdırılması zəruri informasiya fonunu yaratmaqla ictimaiyyətin maarifləndirilməsini, vətəndaş məmnunluğunu, eləcə də dövlət-xalq-ordu birliyinin möhkəmləndirilməsini təmin edəcək.

Görüşdə təcrübələrin toplanılması və öyrənilməsi, təhlil metodları, qiymətləndirmə və digər mövzulara dair brifinqlər təqdim olunub, nazirliyin kommunikasiya sahəsində prioritet fəaliyyət istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026