• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir" - Emin Hüseynov

SİYASƏT

19 Iyun 2022 | 14:34

"Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir" - Emin Hüseynov

Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibədən dərhal sonra ərazilərin minalardan təmizlənməsinə başlanılıb və bu, ərazilərin yenidən qurulması üçün ən böyük çətinlikdir.

"Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından sonra 224 nəfər mina qurbanı olub", - E.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan əraziləri tam təmizlənməyə məruz qalıb: şəhərlər, abidələr dağıdılıb, ekosistem zədələnib. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026