• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qoca qitə" Azərbaycana ehtiyac duyur - Deputat səbəbini AÇIQLADI

SİYASƏT

19 Iyul 2022 | 12:16

"Qoca qitə" Azərbaycana ehtiyac duyur - Deputat səbəbini AÇIQLADI

“Azərbaycan rəhbərinin həm ölkə daxilində, həm də xaricdə qətiyyəti, etibarlı tərəfdaş olması və etimadı doğrultması millətimizi və dövlətimizi mühüm tərəfdaşa çevirərək bu günlərə gətirib çıxarıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Musa Qasımlı bildirib.

Millət vəkili qeyd edib ki, 44 günlük zəfərimizdən sonra, böyük bir qitənin Azərbaycana ehtiyac duyması düşünülmüş siyasətin nəticələridir:

Dövlətimizin dünyada nüfuzunun artmasının, "Qoca qitə" Avropanın, dünyanın ikinci iqtisadi güc mərkəzi olan Avropa İttifaqının düşdüyü çətin vəziyyətində Prezident İlham Əliyevə, dövlətimizə üz tutmasının səbəblərini Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyanatında qısaca belə ifadə etdi: "Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir".

M.Qasımlı hesab edir ki, bu, təkcə Ursula Fon der Lyayenin deyil, 27 dövlətin daxil olduğu Avropa İttifaqının fikridir.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026