• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Allahşükür Paşazadə Gürcüstana səfər edəcək

SİYASƏT

19 Iyul 2022 | 12:30

Allahşükür Paşazadə Gürcüstana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə yola düşəcək.

QMİ-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbər görə, Şeyxülislam A.Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə görüşəcək, dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Səfər müddətində QMİ sədri A.Paşazadənin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026