• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Koronavirus xəstəsi çörək sexində saxlanıldı

CƏMİYYƏT

09 Dekabr 2021 | 17:47 | Müəllif: Subhan Mahmudov

Koronavirus xəstəsi çörək sexində saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Göytəpə Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini S.Bahaddinovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, işlədiyi çörək sexində aşkarlanıb. S.Bahaddinova tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026