• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Koronavirusa yoluxanlar arasında saxta peyvənd pasportu alanlar var

GÜNDƏM

11 Avqust 2021 | 17:51

Koronavirusa yoluxanlar arasında saxta peyvənd pasportu alanlar var

Son günlər yeni növ koronavirusa (COVİD-19) yoluxma sayında sürətli şəkildə artım müşahidə olunur. Hazırda yoluxma sayı 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb.

Bakıvaxtı.az xəbər verir ki, həkim Aydın Əliyev son zamanlar əhali arasında koronavirusla xəstələnənlərin sayı artması insanlarda panika yaradıb.

“Son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur. Bu göstəriciləri aidiyyatlı qurumlar açıqlamalıdır.

Onu da bildirim ki, yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır. Deməli peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Peyvənd olunanların sayı artsa, yoluxma azalacaq”,-deyə A.Əliyev bildirib.

Həkimin sözlərinə görə, yeni yoluxanlar arasında saxta peyvənd pasportu alanların da sayı çoxdur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026