• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

III Çarlzla bağlı qərar verildi - 2024-cü ilə qədər...

DÜNYA

27 Sentyabr 2022 | 10:46

III Çarlzla bağlı qərar verildi - 2024-cü ilə qədər...

70 il Britaniya taxtında qalan Kraliça II Elizabetin ölümündən sonra həm monarxiyada, həm də ölkədə müxtəlif dəyişikliklər baş verir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Kral III Çarlzın dövlət binalarında, dövlət sənədlərində və poçt qutularında istifadə olunacaq kral simvolu ictimaiyyətə açıqlanıb. Simvol Kral Çarlz tərəfindən bir çox dizayn arasından şəxsən seçilib.

Simvol onun adının ilk hərfi olan C və Latın dilində Kral mənasını verən Rex sözünün ilk hərfini və 3 rəqəmini ehtiva edir. Yeni monarxın simvolu Kral II Elizabetin E II R simvolunu əvəz edəcək.

Yas dövrünün başa çatması ilə Kral Çarlzın simvolundan istifadə ediləcək. Simvol bu gün Bukingem sarayının poçt otağında ilk dəfə istifadə olunacaq və kral iqamətgahlarından göndərilən məktublarda görünəcək.

Şotlandiya tacını təmsil edən simvolun ayrıca versiyası da olacaq. Lakin poçt qutuları və ictimai binalardakı simvollar dərhal dəyişməyəcək.

İngiltərədə hələ də Kraliça Viktoriya, Edvard 7, Corc 5, 6 və 7-ci Corcun simvolları olan poçt qutularından istifadə olunur. Hazırda 70 min poçt qutusunda Kraliça II Elizabetin simvolu var ki, bu da ümumi poçt qutularının 60 faizini təşkil edir. 1936-cı ildə taxtdan imtina edən 8-ci Edvarddan cəmi 170 poçt qutusu qalıb.

Kral Poçt Agentliyi Royal Mail, Kraliça II Elizabetin simvolunun yenidən tikilməkdə olan poçt qutularının üzərinə yerləşdiriləcəyini və quraşdırılmağa hazır olacağını açıqlayıb.

İctimai binalarda isə simvolun nə vaxt dəyişəcəyi qurumların öz öhdəsinə buraxılır.

***

Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni funt sterlinq əskinasları bu ilin sonuna kimi təqdim olunacaq.

Bu barədə İngiltərə Bankının açıqlamasında deyilir.

Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.

Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrln 8-də 96 yaşında vəfat edib.

Aytac Aslan


SON XƏBƏRLƏR