• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Kranın içindən zəlilər tökülür" - VİDEO

CƏMİYYƏT

18 May 2022 | 19:48 | Müəllif: Subhan Mahmudov

"Kranın içindən zəlilər tökülür" - VİDEO

Göyölün Ağdağ qəsəbəsinin sakinləri evlərinə gələn sudan narazılıq edirlər. Onlar evlərinə verilən suyu həm məişətdə işlədirlər, həm də içirlər. Ancaq suyun tez-tez bulanması ondan istifadəni müşkülə çevirir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki,  qəsəbənin su ilə bağlı problemi bununla da bitmir.

Sakinlər kanalizasiya xətlərinin olmamasından da əziyyət çəkdiklərini deyirlər.

Məsələyə münasibət bildirən Göygöl rayon Sukanal sahəsinin rəisi Yaşar Məhərrəmov isə deyib ki, yağıntılı havalarda su təminatında fasiləli rejimə keçilməsi mövcud təlimatalara əsaslanır.

O həmçinin qeyd edib ki, sakinlərin su təminatı sayğac sistemi ilə olduğundan fasilələr onların əlavə borclanmasına səbəb olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026