Sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən şimal-qərb küləyi arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bu, sarı xəbərdarlığa uyğundur.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
***15:39
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi 21 m/s-dək güclənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.














jpg-1728122151.webp)

