"Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti yaxşın günlərdə də davam edəcək"
Bunu Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, şimal-qərb küləinin maksimal sürəti 15-20, bəzi yerlərdə 23-28 m/s olacaq.
Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.
Bölgələrdə də iyulun 22-si gündüz Şimal və Qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.
"Yağışla əlaqədar çaylarda suyun artacağı htimal olunur”, - deyə Gülşad Məmmədova bildirib.
Aytac Aslan
















