• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kurban Berdıyev "Traktor" klubu ilə anlaşdı

CƏMİYYƏT

16 Iyun 2022 | 17:11

Kurban Berdıyev "Traktor" klubu ilə anlaşdı

İranın "Traktor" klubunun yeni baş məşqçisi bəlli olub.

Bakıvaxtı.az "Fars" agentliyinə istinadən xəbər verir ki, Təbriz təmsilçisi Kurban Berdıyevlə anlaşıb.

İki gün öncə Tehrana gedən rusiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə olunub. Hazırda müqavilənin detalları müzakirə olunur.

İddiaya görə, yaxşı komanda formalaşdırmaq istəyən 70 yaşlı baş məşqçi istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Qeyd edək ki, Kurban Berdıyev "Traktor"un sükanı arxasında Ertuğrul Sağlamı əvəzləyəcək. Türkiyəli mütəxəssis isə "Neftçi"nin baş məşqçisi olmağa iki əsas namizəddən biridir. Digəri Moldova "Şerif"inin sabiq baş məşqçisi Yuri Vernidubdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026