• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kürdəmirdən Ələtə qədər tıxac yarandı

CƏMİYYƏT

12 Noyabr 2023 | 21:45 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdən Ələtə qədər tıxac yarandı

Hazırda rayonlardan Bakıya qayıdan yüzlərlə insan Hacıqabul ərazisində yolda qalıb. Kürdəmirin çıxışından başlayan tıxac Ələtə kimi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yolda maksimum sürət 10-20 km/saatdır.

Milli Məclisin deputatı Razi Nurullayev və teleaparıcı Jalə Həsənli də tıxacda qalanlar arasındadır. Onlar bu barədə sosial şəbəkə hesabında məlumat və video paylaşıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolundakı vəziyyət barədə açıqlama verib.

Bildirilib ki, bu gün 16 radələrində Bakı- Qazax- Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”./globalınfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026