• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kürün bu hissəsi tullantılardan təmizləndi

CƏMİYYƏT

01 Sentyabr 2021 | 18:34 | Müəllif: Subhan Mahmudov

Kürün bu hissəsi tullantılardan təmizləndi

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.

"Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib”, - xidmət rəsmisi deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026