• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

GÜNDƏM

28 Avqust 2023 | 11:07 | Müəllif: Subhan Mahmudov

“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR