• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanın bu şəhəri minalardan təmizlənir

CƏMİYYƏT

05 Sentyabr 2022 | 12:48

Azərbaycanın bu şəhəri minalardan təmizlənir

“Laçın şəhəri, Zabux və Sus kəndlərinə sakinlərin tezliklə qayıtması üçün minatəmizləmə işləri aparılır”.

Bakıvaxt.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib: "Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb. Bu yaxınlarda Laçında Müdafiə Nazirliyi ilə birgə aparılan minatəmizləmə işlərilə əlaqədar məlumat yayılıb: “Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Həmin minaların Ermənistan tərəfindən müharibədən sonra istehsal edilən minalar olduğu müəyyənləşib. Bu da qarşı tərəfin məkrli siyasətinin göstəricisidir”.

V.Süleymanov bildirib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR