Kubada “lan” qasırğası yüzlərlə binaya ziyan vurub, iki nəfər həlak olub.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Qərbdə Pınar del Riodan Kubaya daxil olan qasırğa bütün adanı qaranlığa qərq edib. Havana administrasiyası adanın əsas elektrik stansiyasının işləməməsi ilə elektrik sisteminin tamamilə dağıldığını rəsmən elan edib.
Kubanın rəsmi televiziyası bildirib ki, 11 milyon insanı işıqsız qoyan fəlakət Antonio Guiteras istilik elektrik stansiyasının sinxronizasiya oluna bilməməsi səbəbindən baş verib. Ölkənin ən mühüm elektrik stansiyası Antonio Guiteras paytaxt Havanadan 100 kilometr şərqdə, Matanzasda yerləşir. Elektrik stansiyasının bağlanması o deməkdir ki, adanın heç bir hissəsinə elektrik verilə bilməz.
Qurbanlardan biri dağılmış evinin divarı üstünə düşən 43 yaşlı qadındır.
San Juan Y Martinezdə bir fermer suvarma üçün istifadə etdiyi külək turbinini söndürmək istəyərkən elektrik cərəyanı vurub.
Aytac Aslan














