• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanıldılar

CƏMİYYƏT

27 Fevral 2024 | 09:05

Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanıldılar

Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov "Vaz 2106" markalı avtomobildə saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanıldılar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR