• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Sabiq nazir Namiq Abbasov vəfat etdi

CƏMİYYƏT

27 Mart 2024 | 22:04

Sabiq nazir Namiq Abbasov vəfat etdi

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024