• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qadınlar, bu bürcdən olan kişilərdən qaçın!

CƏMİYYƏT

27 Mart 2024 | 22:00

Qadınlar, bu bürcdən olan kişilərdən qaçın!

Elə kişilər var ki, şorgözlükdən və qadınları tovlamaqdan zövq alırlar. Onlar bundan nə utanır, nə də çəkinirlər. Artıq bu işi bir peşə halına gətiriblər. Astroloqlar bu barədə qadınlara xəbərdarlıq edir və həmin kişilərin bürcünü araşdıraraq, onlardan uzaq durmaq lazım olduğunu bildirirlər.

Bakıvaxtı.az həmin kişilərin bürcünü təqdim edir:

Qoç ehtiraslı olması ilə məşhurdur, bu da onları tovlamaq sahəsində məşhur edir. Həmin xüsusiyyət onun idarəçi planeti Marsdan qaynaqlanır. Söhbətcil, yenilikçi və əyləncə axtarışında olan Qoçlar qərarlı olsalar da, qarşısındakı insan onları bezdirdiyi anda ortadan itməyi çox yaxşı bacarırlar. Heç bir səbəb olmadan da, onların anidən qeyb olduğuna şahidlik edə bilərsiniz. Qoç bürcündən olan kişilər ciddi münasibətdən qaçırlar. Onlar üçün hər yeni tanışlıq, yeni bir qurban vəd edir...

Əkizlər ətrafdakı hər kəslə müəyyən dərəcədə əlaqə yarada bilən şəxslər kimi tanınır. Bu, mütləq onların kiməsə maraq göstərdiyi mənasına gəlmir. Bu bürcün sahibləri sadəcə zərərsiz əyləncə axtarırlar. Əkizlər çox söhbətcildirlər. Kimisə həqiqətən bəyənməsələr belə, sizi və bütün dostlarınızı buna inandıracaqlar. Onlar ağıllı olduqları üçün oyun oynamağı çox sevirlər və əgər nə vaxtsa yaxşı danışan Əkizlər tərəfindən qəlbiniz qırılıbsa,  bilin ki, onlar sevgi həyatında o qədər də ciddi düşünməyi sevmirlər.

Tərəzi ən nazlı bürcdür. Çox tez səmimiyyət yaratmağı bacaran bu bürcün sahibləri dava-dalaşdan yana deyil. Onlar əyləncə insanıdır. Ciddi söhbətlər, ürəksıxan mühit ona çox yaddır. Onlar ünsiyyətcil və tez istiqamət dəyişən şəxslərdir. Həm də tez sıxıla bilirlər. Sizdən sıxılan kimi başqa limana yelkən açacaqları üçün Tərəzi bürcü ilə münasibət düşünmədən öncə yüz ölçüb, bir biçin./yenisabah


SON XƏBƏRLƏR

26 Aprel 2024