• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda çay evində mübahisə ölümlə nəticələndi

HADİSƏ

17 Noyabr 2021 | 23:55 | Müəllif: Subhan Mahmudov

Lənkəranda çay evində mübahisə ölümlə nəticələndi

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki,hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026