Livan parlamentinin nümayəndələri 2 ildən çox davam edən boşluqdan sonra prezident seçmək üçün toplanır.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın APA "Associated Press"ə istinadən məlumatına görə, daha əvvəlki 12 cəhd uğursuz olsa da bugünkü keçirilən səsvermədə dövlət başçısının seçiləcəyinə ümid edilir.
İndiyədək Livan parlamenti prezident seçilməsi ilə bağlı bir neçə görüş keçirsə də, namizədlərdən heç biri səslərin üçdə ikisini qazana bilmədiyi üçün nəticə əldə edilməyib.
Keçmiş prezident Mişel Aunun səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatıb.
Prezident postuna əsas namizədlər Livan ordusunun komandiri Cozef Aun və keçmiş maliyyə naziri Cihad Azurdur.