• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lökbatanda yük maşınından 6400 dollar oğurlandı

HADİSƏ

22 Fevral 2024 | 11:47

Lökbatanda yük maşınından 6400 dollar oğurlandı

Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026