• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqladı

DÜNYA

17 Yanvar 2022 | 13:45

Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb.

Bakıvaxtı.az-ın "BelTa" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Lukaşenko Belarus və Rusiya silahlı qüvvələrinin birgə əməliyyat təlimi konsepsiyası ilə bağlı məruzəninin müzakirəsi zamanı bildirib.

"Bildiyiniz kimi, bu çətin vəziyyətdə, hələ keçən ilin dekabrında Rusiya Prezidenti ilə mən İttifaq Dövlətinin qərb sərhədlərində və Belarusun cənubunda plandankənar konkret hərbi fəaliyyətləri birgə həyata keçirmək barədə razılığa gəldik. Bu gün görürük ki, qərb və cənub bölgəsində-“Belarus eyvanında” güclü hərbi təlimlər keçirməliyik”, - deyə Aleksandr Lukaşenko bildirib.

O deyib ki, bu təlimlər Qərb (Baltikyanı ölkələr və Polşa) və cənubda (Ukrayna) qüvvələrlə qarşıdurma olacağı halda müəyyən plan hazırlamaq üçün normal təlimlər olmalıdır.

Müzakirələrdə qeyd olunub ki, Belarus və Rusiyanın müdafiə nazirlikləri silahlı qüvvələrin birgə təlimi ideyasını hazırlayıblar.

"Müdafiə naziri Viktor Xreninin verdiyi məlumata görə, Rusiya tərəfi ilə bütün məsələlər müzakirə olunub, dəqiq tarix isə hələ müəyyənləşdirilir.

Təlimlərə fevralda başlamağı planlaşdırırdıq. Dəqiq tarixi müəyyənləşdirin, bizə xəbər verin ki, buxtadan bir neçə qoşun çıxardığımız anda az qala döyüşə hazırlaşırıq deyə qınanmayaq", - Lukaşenko deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026