• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Maddələr mübadiləsini sürətləndirir, yağları yandırır - Budur o qidalar...

CƏMİYYƏT

24 Yanvar 2023 | 15:47

Maddələr mübadiləsini sürətləndirir, yağları yandırır - Budur o qidalar...

Bir qida tək başına möcüzə ola bilməz. Bununla belə, bəzi qidalar maddələr mübadiləsini sürətləndirərək digərləri ilə müqayisədə iştah və qan şəkərində rol oynayır, yağ yandırmağa və arıqlamağa kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, dietoloq Merve Sayın mövzu ilə bağlı məlumat verib.

Zəncəfil

Zəncəfil həzmə kömək edir və bədən istiliyini artırır. Yeməkdən sonra metabolizm sürətini təxminən 20% artırır. Onu su və ya salatlarımıza əlavə edərək arıqlama prosesimizi daha da sürətləndirə bilərik.

Yaşıl çay

Yaşıl çay tərkibində olan EGCG adlı birləşmə sayəsində piylərin yığılması və bədəndə yağ yandırma sürətini artıraraq çəki artımının qarşısını alır. Yaşıl çayın tərkibindəki katexinin bağırsaqlar tərəfindən kalorilərin sorulmasını azaldaraq arıqlamağı artırdığına dair araşdırmalar var. Gündə 2 stəkan yaşıl çay istehlak edilməlidir. Ürək çatışmazlığı olanlara, hamilələrə və süd verən analara yaşıl çayın istifadəsi tövsiyə edilmir.

Darçın

Yeməkdən sonra bədən mədəaltı vəzidən insulin buraxır. İnsulin də böyümə hormonudur, həddindən artıq ifraz edildikdə bədəni piyləndirə bilər. Araşdırmaya görə, darçın insulin ifrazını tarazlaşdıraraq daha az yağ yığılmasına səbəb olur. Gün ərzində suyumuza, qatığımıza, südümüzə, səhər yeməyində hazırladığımız shake qarışıqlara əlavə edə bilərik.

Qırmızı bibər

Tərkibindəki kapsaisin adlı maddə yeməkdən sonra bədən istiliyimizi yüksəldir, yağların daha sürətli və effektiv yanmasını təmin edir. Bir araşdırmada qırmızı bibərin yağ yandırmasını 8% artırdığı göstərilib.

Şüyüd

Şüyüd əla pəhriz qidasıdır. Həzmi asanlaşdırır, bağırsaqları sakitləşdirir, qazdan azad edən xüsusiyyətlərə malikdir, qan şəkərini tarazlaşdırır, antioksidantlar anbarıdır. Arıqlama dövründə insanların və hətta qalxanabənzər vəzi xəstələrinin süfrəsində olması lazım olan bir bitki növüdür. Gərəksiz iştahı bağlayaraq çəki artımının qarşısını alır.

Alma sirkəsi

Alma sirkəsi iştaha nəzarətdə çox vacibdir. Tərkibindəki sirkə turşusu sayəsində mədənin turşuluğunu artırır və həzm problemlərini həll edir. Araşdırmalar nəticəsində məlum olub ki, alma sirkəsi qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salır. Xüsusilə səhərlər acqarına sirkəli su içmək, ödem dediyimiz toksinləri olan artıq limfa mayesini çıxarmağa kömək edir ki, hüceyrələrə daha çox oksigen gedib damar genişləndirici təsir yaradır. Salatlara və ya suyumuza əlavə edə bilərik.

Kətan toxumu

Balıq kimi "Omeqa 3" ilə zəngindir. Piylərin yandırılmasını sürətləndirir və bədəndə yağ yığılmasının qarşısını alır. Tərkibindəki lignan sayəsində postmenopozal qadınların bədən yağının artmasının qarşısını alır. Arıqlama pəhrizləri də yer almalı, qatıq və salatlara əlavə edilərək istehlak edilməlidir.

Qəhvə

Tərkibindəki kofein maddələr mübadiləsimizi stimullaşdırır. İştahı yatırır və beləliklə, həddindən artıq yeməyin qarşısını alır. Çox şəkərli və qaymaqlı qəhvə deyil, bildiyimiz şəkərsiz qəhvəni diyetimizə əlavə edək.

Ay Tac


SON XƏBƏRLƏR

18 Aprel 2024