Millimizin futbolçusu Mahir Emreli karyerasını Türkiyədə davam etdirə bilər.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən bildirir ki, hücumçu Türkiyə Super Liqa təmsilçisi "Başakşehir"lə anlaşıb.
Emre Belezoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.















