• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Taekvondoçularımız Türkiyədən 5 medalla qayıdır

İDMAN

14 Fevral 2022 | 01:17 | Müəllif: Qalib İbrahimoğlu

Taekvondoçularımız Türkiyədən 5 medalla qayıdır

Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Turkish Open" turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.

Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.

Qeyd edək ki, "Turkish Open"də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026