• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb, 2 azarkeş saxlanılıb

İDMAN

13 Fevral 2022 | 23:40

Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb, 2 azarkeş saxlanılıb

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.

Bakıvaxtı.az-ın "NTV Spor"a istinadən məlumatına görə, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.


Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb, 2 azarkeş saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026