Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə,son oyun günündə dörd görüş reallaşıb.
“Liverpul” isə qonaq qismində “Börnli”ni minimal hesabla məğlub edib.
“Lester Siti” – “Vest Hem” qarşılaşması məhsuldar heç-heçə ilə yekunlaşıb. “Nyukasl” öz meydanında “Aston Villa”nı tək qolla yenib.
“Tottenhem” isə evdə “Vulverhempton”a boyun əyib.
Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.
İngiltərə Premyer Liqası
XXV tur
13 fevral
Börnli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
Tottenhem – Vulverhempton 0:2
Qollar: R.Ximenes, 6. Dendonker, 18.
Lester Siti – Vest Hem 2:2
Qollar: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.
12 fevral
Mançester Yunayted - Sauthempton 1:1
Qollar: Ceydon Sanço, 21 - Çe Adams, 48
Brentford – Kristal Pelas 0:0
Uotford – Brayton 0:2
Qollar: Maupay, 44. Uebster, 82.
Everton – Lids 3:0
Qollar: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
Norviç – Mançester Siti 0:4
Qollar: Sterlinq, 31; 70; 90. Foden, 48.
















