• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Makron Almaniyaya gedəcək

DÜNYA

08 May 2023 | 14:22

Makron Almaniyaya gedəcək

Fransa Prezidenti Emmanuel Makron 2-4 iyul tarixlərində Almaniyaya dövlət səfəri edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Makron Ştaynmayerin dəvəti əsasında səfər edəcək və hər iki ölkə lideri birlikdə Almaniyanın bir sıra regionlarına gedəcək.

Prezidentlərin hansı mövzular ətrafında müzakirələr aparmaq niyyətində olduqları açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026