• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Makron: Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır

DÜNYA

16 Sentyabr 2023 | 10:20

Makron: Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır

Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Makron ziyarət üçün getdiyi Semur-en-Auxois kəndində mətbuata verdiyi açıqlamada son günlər Aralıq dənizində mühacir axınına məruz qalan İtaliyanın Lampeduza adasındakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Miqrasiya məsələsinin bütün avropalıları əhatə etdiyini və belə vəziyyətlərdə humanitar yanaşmanın lazım olduğunu vurğulayan Makron insanların həyatlarını riskə ataraq Aralıq dənizini keçərək Avropa torpaqlarına gəldiyini bildirib.

İtaliyanın yanında olmağın bütün Avropa Birliyinin  vəzifəsi olduğunu qeyd edən Makron "Avropa sərhədlərini daha yaxşı qorumalıdır" deyib. 

Makron Fransa daxili işlər naziri Gerald Darmaninin İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə Lampeduza adasındakı vəziyyəti müzakirə etdiyini, Fransa və İtaliya hökumətlərinin bu mövzuda araşdırma apardıqlarını və qərarlar verəcəyini bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026