• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir

DÜNYA

11 Dekabr 2024 | 12:00

Makron Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir

Fransa Prezidenti Emmanuel Makron atəşkəs zamanı Ukraynada 40 minə yaxın hərbçinin yerləşdirilməsini planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri missiyanın göndərilməsi layihəsi üzərində işləyən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaumа istinadən yazır.

Məqalədə qeyd olunur ki, Fransa Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edir. Bu missiya Rusiya tərəfinin gələcəkdə mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmayacağına zəmanət verəcək. Makron bu planı Varşavaya səfəri zamanı müzakirə edəcək.

"Sülhməramlı missiya beş briqadadan - təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə Polşa komandanlıq edə bilər", - ekspert bildirib.

Dekabrda Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs zamanı Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026