Türkiyənin Adana şəhərində 26 yaşlı qadın sərnişin avtobusunu idarə edən həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Avtobusa daxil olan Sabriye adlı qadın Mehmet adlı ərinin üzünə ilk olaraq gözyaşardıcı qaz sıxıb, daha sonra qolunu dişləyib və ərini boynundan bıçaqlayıb.
Onların boşanma ərəfəsində olduğu bildirilir.
Sabriye hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Sabriye barəsində ev həbsi qərarı verilib.