• Bakı 28° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

10 milyon insan səhvən təxliyə barədə bildiriş alıb

DÜNYA

10 Yanvar 2025 | 11:20

10 milyon insan səhvən təxliyə barədə bildiriş alıb

Kaliforniyada davam edən yanğınlar fonunda Los Anceles dairəsinin sakinlərinə səhvən təxliyə bildirişləri göndərilib.

Bakıvaxtı.az “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib.

"Hazırda Uest-Hillzdə baş verən "Kennet" yanğını ərazisindəki sakinlərin təxliyəsi barədə əmr səhvən dairənin təxminən on milyon sakininə və qonşu dairələrin bəzi sakinlərinə göndərilib", - o bildirib.

Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.


SON XƏBƏRLƏR

25 Iyul 2025