• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

DÜNYA

01 Sentyabr 2024 | 20:07 | Müəllif: Gülşən Şərif

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin təyin edilməsi ilə bağlı məsləhətləşmələr çərçivəsində sentyabrın 2-də Yelisey sarayında ölkənin bəzi siyasi xadimlərini qəbul edəcək...

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

Makronun iqamətgahında ilk qəbul edilənlərdən biri Fransanın sabiq prezidenti Fransua Olland (2012-2017) olacaq. Məlumata görə, o, ölkənin baş naziri postuna mümkün namizədlərdən biri hesab olunur. Onunla yanaşı, Fransanın sabiq prezidenti Nikola Sarkozi də (2007-2012) Yelisey sarayını ziyarət edəcək.

E.Makronun Fransanın sabiq baş naziri Bernar Kaznyov ilə də görüşü planlaşdırılır. Fransa KİV-i prezidentin yaxın ətrafına istinadən iddia edir ki, Makron onu yeni hökumətin baş naziri postuna namizəd kimi ciddi şəkildə nəzərdən keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026