• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Manaf Ağayev kimlərə söz atdı?

MƏDƏNİYYƏT

15 Iyun 2023 | 12:05 | Müəllif: Qalib İbrahimoğlu

Manaf Ağayev kimlərə söz atdı?

"Toyda yaxşı oxuyana pul verərlər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri toylar kralı Manaf Ağayev verilişlərin birində deyib.

O, son zamanlar toyda ona verilən nəmərlərdən, edilən hörmətdən danışıb:

"Həyatda iki cür insan var. Biri var anadan gəlme paxıl, biri də normal insan. Yaxşı oxuyan müğənniyə pul verərlər. Niyə də verməsinlər. Mən çox sevinirəm rayon toylarında kənd camaatının məndən razı olduğunu görəndə. Alqışları görəndə, sevindiyindən şabaş paylayanda mənə də xoş olur ki, məndən razıdılar. İçi paxıl olanlar durub onu səhv təqdim edir. Mən 97-də pul görəndə hələ sənətdə deyildilər. Onlar məni yox, xalqı ələ salmış olur".

Qeyd edək ki, müğənni sosial şəbəkələrdə yayılan bir videoda, toyda Manaf Ağayeva "sən müğənni deyilsən, sən kişisən" deyen şəxslə bağlı da aydınlıq gətirib.

"Həmin şəxs məni çox istədiyindən sən yaxşı oğulsan demək istəyirdi. Nəticədə elə demiş oldu",-deyə müğənni bildirib. 

Xəyalə Rza 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026