• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Mançester" 131 ildən sonra antirekordunu təkrarladı

İDMAN

20 Yanvar 2025 | 18:38 | Müəllif: Subhan Mahmudov

"Mançester" 131 ildən sonra antirekordunu təkrarladı

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqada antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “qırmızı şeytanlar” bunu "Brayton”a evdə 1:3 hesabı ilə məğlub olduqları XXII tur oyununda reallaşdırıb. Belə ki, Mançester təmsilçisi ölkə çempionatında bu mövsüm doğma meydanda keçirdiyi ilk 12 matçın 6-sını uduzub. Son dəfə belə hal 131 il öncə qeydə alınıb.

Qeyd edək ki, Ruben Amorimin baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR