TFF prezidenti İbrahim Hacıosmanoğlu “Qalatasaray”-“Fənərbaxça” derbisini əcnəbi hakimin idarə edəcəyini açıqlayıb.
Bakıvaxtı.az “Fanatik”ə istinadən xəbər verir ki, o, bu barədə mətbaut konfransında bildirib. İ.Hacıosmanoğlu qeyd edib ki, hakimin kim olduğu həftəsonu açıqlanacaq.
TFF rəhbəri “Qalatasaray”ın “Fənərbaxça” derbisi üçün TFF-yə müraciət edərək məşhur sloveniyalı hakim Slavko Vinciçi istəmədiklərini sözlərinə əlavə edib: “Müzakirəni dayandırmaq və hakim dostlarımızı mübahisəli vəziyyətə salmamaq üçün bu matçın baş hakimi dünya səviyyəli əcnəbi hakim olacaq”.
Qeyd edək ki, bir neçə gündür Türkiyə mətbuatı İstanbul derbisini sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi ilə bağlı xəbərlər tirajlayır.