Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Eduardo Kamavinqa üçün təklif hazırlayır.
Bakıvaxtı.az "Fichajes"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə görə 80 milyon avro ödəmək niyyətindədir.
Ölkə çempionunun baş məşqçisi Luis Enrike fransalı oyunçunu yarımmüdafiəni gücləndirmək baxımından ideal namizəd hesab edir. "Kral klubu" isə öz növbəsində təklifləri nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, futbolçunun "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 19 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.