• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan I Liqasında komanda sayı artırılacaq

İDMAN

19 Fevral 2025 | 17:46

Azərbaycan I Liqasında komanda sayı artırılacaq

Azərbaycan I Liqasında 2025/2026 mövsümündə komanda sayı artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Belə ki, cari mövsüm I Liqada turnir cədvəlini sonuncu yerdə başa vuran klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.

I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.

Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR