• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək

CƏMİYYƏT

15 Fevral 2024 | 16:56

Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək

Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) diqqəti Azərbaycana yönəldəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bu tədbirlə ölkənin, ilk növbədə, maliyyələşdirmə məsələlərinə diqqət yetirəcəyi qənaətindəyəm. Bu, “yaşıl” iqtisadiyyata keçidi necə idarə etdiyinizi nümayiş etdirəcək. Əvvəllər BƏƏ-yə diqqət yetirildiyi kimi, karbohidrogen hasil edən ölkə kimi Azərbaycana da böyük diqqət yetiriləcək. Bundan başqa, Azərbaycanın ölkənin və dünyanın enerji infrastrukturunda öz roluna dair yeni baxışını necə formalaşdıracağına diqqət yönəldiləcək", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026