• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Masallıda 37 yaşlı kişi intihar etdi

HADİSƏ

20 Mart 2023 | 11:26

Masallıda 37 yaşlı kişi intihar etdi

Masallıda 37 yaşlı kişi intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Masallı şəhərində baş verib.

Rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin Fərail oğlu Həsənov Masallı şəhərində yaşadığı evin həyətində özünə qəsd edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı müəyyən olunub.

İki övlad atası olan N.Həsənov banklardan birinin Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026