• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Masallıda avtomobil aşıb, bir nəfər ölüb

HADİSƏ

02 Dekabr 2025 | 09:17

Masallıda avtomobil aşıb, bir nəfər ölüb

Masallı rayonunda avtomobil aşıb.

Bakıvaxtı.az xəbər verir ki, Musayev Zakir Məmmədəğa oğlu Həsənli kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub.

Onlardan S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026