ABŞ-ın Viskonsin ştatında Milad paradında avtomobilini kütlənin üzərinə sürərək 5 nəfərin ölümünə səbəb olan Darell Brooksa qarşı 5 ayrı ittiham irəli sürülüb. Brooks birinci dərəcəli qətldə ittiham olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Viskonsin ştatında avtomobilini izdihamın üzərinə sürərək 5 nəfəri öldürən, 40-dan çox adamı isə yaralayan Darrell Brooks birinci dərəcəli cinayətdə mühakimə olunacaq.
Vaukeşa polis rəisi Den Tompson keçirdiyi mətbuat konfransında 39 yaşlı Bruksun təkbaşına hərəkət etdiyini və hadisənin terrorla heç bir əlaqəsinin olmadığını bildirib. Thompson, Darrell Bruks-un beş maddə üzrə birinci dərəcəli qətldə ittiham ediləcəyini bildirib.
O da məlum olub ki, başqa bir cinayət yerindən qaçarkən avtomobilini camaatın arasına sürdüyü və cinayəti olduğu bildirilən Bruks noyabrın əvvəlində min dollar girov müqabilində sərbəst buraxılıb.
Aytac Aslan
















