• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paytaxtda yağan qarla bağlı güclü tıxac müşahidə olunmayıb - RƏSMİ

CƏMİYYƏT

23 Dekabr 2021 | 16:08 | Müəllif: Subhan Mahmudov

Paytaxtda yağan qarla bağlı güclü tıxac müşahidə olunmayıb - RƏSMİ

Bakıda bu gün yağan qar ilə əlaqədar polis hərəkətin tənzimlənməsi üçün təlimatlandırılıb. Qarın yağması ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır.

Bakıvaxtı.az xəbər veeir ki, bunu Trend-ə Bakı Şəhər Baş Dövlət Yol Polisinin inspektoru, leytenant Rüstəm Əhmədli bildirib.

Onun sözlərinə görə, yağan qarla bağlı paytaxtda güclü tıxac müşahidə olunmayıb.

Onun sözlərinə görə, tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılıb:

“Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürətlə avtomobili idarə etməməli, yaxın vuran işıqlardan istifadə etməlidirlər. Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026