• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yolu kəsən avtobus sürücüsü cərimələndi - VİDEO

CƏMİYYƏT

22 Yanvar 2022 | 15:39 | Müəllif: Subhan Mahmudov

Yolu kəsən avtobus sürücüsü cərimələndi - VİDEO

Iki gün əvvəl Bakıda avtobus sürücüsünün əks yola çıxaraq hərəkət iştrakçılarına təhlükə yaratması barədə xəbər vermişdik. Məsələyə yol polisi reaksiya verib və həmin sürücüsünü saxlayıblar. Onun barəsində hansı tədbir görülüb?.

Bakıda əks istiqamətə çıxaraq hərəkət iştrakçılarına çətin anlar yaşadan sürücü saxlanıb.

194 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsü kənar dairəvi yolda bütöv xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin yolunu kəsmişdi. 

Qaydaları kobud şəkildə pozaraq əks yola çıxan sürücü 54 yaşlı Kamran Balaməmmədov törətdiyi qayda pozuntusunun fərqində olduğunu deyir. Sürücü onu da bildirdi ki, 25 ildən çox olar ki, paytaxda sərnişindaşımada fəaliyyət göstərir. 

Qeyd edək ki, sürücü Kamran Balaməmmədov inzibati qaydada  4 bal və 100 manat məbləğində cərimə olunub. 

Bakıvaxtı.az Xəzər tv-nin hazırladığı sujeti təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026