• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

"Azərbaycan elminə ayrılan pullar bizə Nobel mükafatı qazandıracaq?" - Rektor

CƏMİYYƏT

21 Fevral 2022 | 12:33 | Müəllif: Qalib İbrahimoğlu

"Azərbaycan elminə ayrılan pullar bizə Nobel mükafatı qazandıracaq?" - Rektor

"‭Azərbaycanda elmin qeyri-qənaətbəxş vəziyyəti sirr deyil. Bunun əsas səbəblərindən biri kimi elmin maliyyələşmə səviyyəsinin inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı səviyyəsi göstərilir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbayxan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "facebook"da bildirib.

Onun fikrincə, bu, doğrudur və heç kim bu fikri şübhə altına almır və almamalıdır: "Bu zaman ortaya başqa sual çıxır. Hesab edək ki, elmin maliyyələşməsində ciddi artımlar baş verdi və tələb olunan həcmdə pul ayrıldı. Doğrudanmı bundan sonra Azərbaycanda elm inkişaf edəcək və dünya elmilə müqayiə ediləcək səviyyəyə yüksələcək? Doğrudanmı elmə ayrılan böyük pullar azərbaycanlı alimləri rəqabətqabiliyyətli edəcək? Doğrudanmı elmə ayrılan böyük həcmdə pullar ciddi elmi kəşfləri təmin edəcək, Azərbaycan elminə Nobel mükafatı qazandıracaq? Doğrudanmı?... Doğrudanmı?..."

Rektorun sözlərinə görə, şübhəsiz ki, ki, elmin inkişafı üçün elmə ayrılan vəsaitin həcmi çox vacibdir: "Həm də, şübhəsizdir ki, elmdə maliyyələşmə həlledici amil deyil!"

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026