• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Ştutqart” əməkdaşlarının maaşını vermir? - AÇIQLAMA

CƏMİYYƏT

22 Yanvar 2022 | 15:20

“Ştutqart” əməkdaşlarının maaşını vermir? - AÇIQLAMA

“Ştutqart” Mağazalar Şəbəkəsi 64 işçinin maaşını ödəməməkdə ittiham edilir.
Bakıvaxtı.az
xəbər verir ki, işdən azad olunan işçilər faktiki işlədiyi günlərə görə əmək haqqının ödənilməsini tələb edirlər. 
2021-ci il sentyabr-oktyabr aylarında tutduğu vəzifələrdən azad edilən 64 işçiyə “Ştutqart” MMC 76 813 manat maaş hesablanıb.
Əmək haqqını ala bilməyən əməkdaşlardan biri də Qarabağ Müharibəsi qazisi İsmayıl Qurbanovdur.
İddiaya görə, şirkət keçmiş işçilərinə vədlər versə də, əmək haqqı verməyib. 
İddi ilə bağlı “Ştutqart” MMC-dən açıqlama almağa cəhd etdik. 
Şirkətin Orxan adlı əməkdaşı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, o, məsələni şərh etmək istəmir. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR