• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mbappe Peresə vəziyyəti dəyişəcəyinə söz verib

İDMAN

26 Dekabr 2024 | 13:38

Mbappe Peresə vəziyyəti dəyişəcəyinə söz verib

"Real"ın hücumçusu Kilian Mbappe klubun prezidenti Florentino Peresə vəziyyəti dəyişəcəyinə söz verib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa yığmasının üzvü klub rəhbərinə nəticələri yaxşılaşdıracağını və daha çox, həmçinin həlledici qollar vuracağını bildirib.

Mbappe daha əvvəl "Real"ın onu transfer etdiyi üçün peşman olmayacağını açıqlamışdı.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent statusu ilə Fransanın PSJ klubundan "Real"a keçib. Bu mövsüm o, İspaniya komandasının heyətində bütün turnirlərdə 23 matç keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026